AZ

Qurban Qurbanov dünən transfer olunan futbolçunun problemi açıqladı - son dəqiqə

"Əvvəlki mərhələdə hər iki oyunda qalib gələn komandaya qarşı oynayacağıq. Hər kəs FKSB-nin qalib gələcəyini düşünürdü. Amma əksi oldu. "Şkendiya" hər iki görüşdə qələbə qazandı".

"Football-plus az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali Makedoniyaya səfər ərəfəsində deyib.

Təcrübəli mütəxəssis bildirib ki, ümumilikdə, iki oyunda qalib gələn bir komandaya qarşı oynayacaqlar:
"Hamı düşünürdü ki, FKSB qalib gələcək, amma tam əksi oldu - hər iki oyunda "Şkendiya" qalib gəldi. İlk olaraq öz hazırlığımızı yaxşılaşdırmağa çalışdıq. Məqsədimiz futbolçuların idman formasını qaydasına salmaq idi və bunu müəyyən qədər bacardıq. Amma oyuna gəldikdə, daha həvəsli və istəkli bir komandaya qarşı çıxış edəcəyik. Nəzərə almaq lazımdı ki, bu, artıq 3-cü təsnifat mərhələsidi. Buna görə də çox diqqətli olmalıyıq. Rəqib xarakterli komandadı. İlk oyundan sonra bizim üçün vəziyyət bir qədər asanlaşacaq, çünki rəqibi daha yaxından tanımış olacağıq. Əlimizdən gələn qədər yaxşı oyun göstərməyə çalışacağıq".

Baş məşqçi 2-ci təsnifat mərhələsində "Şkendiya"nın "Styaua"nı mübarizədən kənarlaşdırmasının onun üçün sürpriz olmadığını vurğulayıb:
"Bu turnirdə hər bir komanda öz ölkəsinin çempionudu. Bütün komandalar maksimum nəticə əldə etməyə çalışır. İki oyunun nəticəsinə görə dəfələrlə şahidi olmuşuq ki, insanların gözləmədiyi komandalar qalib gəlir. Biz bu işin içindəyik və daim belə nəticələri gözləyirik".

Qurban Qurbanov heyətə yeni cəlb olunan yarımmüdafiəçi Joni Montielin nə vaxt hazır olacağına da aydınlıq gətirib:
"Hələ tam hazır deyil. Hazırlıq baxımından bir qədər geridədi. Onu normal vəziyyətə gətirmək üçün azı iki həftə, yəni 15-20 gün vaxt lazım olacaq".

Xatırladaq ki, Skopyedəki Toşe Proeski adına Milli Arenada avqustun 5-də baş tutacaq matç Bakı vaxtı ilə saat 22.00-da start götürəcək.
Seçilən
3
4
football-plus.az

5Mənbələr