AZ

Podolyak: Vitkofun səfərindən nəticə gözləmirik

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu sözləri Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak yerli mətbuata müsahibəsində dilə gətirib. O deyib ki, ancaq Prezident Donald Trampın "Moskvaya qarşı sərt mövqeyi" Ukraynaya dəstəkdə real dəyişikliyə gətirib çıxara bilər". "Rusiya cümə gününədək öz yanaşmasını dəyişməsə, Rusiya neftinin ixracına qarşı ikinci dərəcəli sanksiyalar işə salınmalıdır. Eyni zamanda, Donald Tramp bildirib ki, Avropa ölkələrinə "Ukraynaya ötürmək üçün" istədikləri sayda silah-sursat satmağa hazırdır. Bu, artıq yeni mərjələdir", – Podolyak vurğulayıb.

Vitkof Rusiyaya gedir | YENİLƏNİB

Xatırladaq ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof çərşənbə günü Moskvaya səfəri yollanacaq. Onun Prezident Vladimir Putinlə görüşü nəzərdə tutulur. Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
azvision.az

2Mənbələr