AZ

Sükan arxasında yatan sürücü maşını aşırıb “Spar” marketə çırpdı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Qaradağ rayonu, 28 May qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 3-də axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı maşın idarəetmədən çıxaraq yol kənarındakı “Spar” marketə çırpılıb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün sükam arxasında yuxulaması olub. Hadisə zamanı avtomobilə və marketə ciddi maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü xəsarət almayıb.

Qeyd edək ki, qəzalı maşın qaldırıcı kran vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.  

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
avtosfer.az

1Mənbələr