Bu gün İsveçrənin Nyon şəhərindəki UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Fanat.Az xəbər verir ki, ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Sabah" ilə "Araz-Naxçıvan"ın da bu mərhələdəki mümkün rəqibləri müəyyənləşib.
"Araz-Naxçıvan" pley-offa yüksələ bilsə, qrupa vəsiqə uğrunda dueldə PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün qalibi ilə qarşılaşacaq.
"Sabah"a gəlincə, bakılıların növbəti mərhələdəki potensial rəqibi "Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi olacaq.
Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək. "Sabah" ilk oyununu evdə, "Araz-Naxçıvan" keçirəcək.
Qeyd edək ki, ölkə kubokunun qalibi olan "bayquşlar" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski", çempionatın bürünc mükafatçısı "qırmızı-ağlar" isə Kipr "Omoniya"sı ilə qarşılaşacaq. İlk görüşlər avqustun 7-də səfərdə, cavab oyunları bir həftə sonra baş tutacaq. "Araz-Naxçıvan" ilk oyununu evdə, "Sabah" isə səfərdə keçirəcək.