BAKI, 4 avqust. TELEQRAF
"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin müəyyənləşib.
Teleqraf xəbər verir ki, paytaxt təmsilçisi III təsnifat mərhələsində Bolqarıstanın "Levski" komandasını keçəcəyi təqdirdə
"AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə qarşılaşacaq.
Muxtar Respublika klubu isə Kipr "Omoniya"sını üstələyərsə, PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.