AZ

iPhone modelləri gömrük hərracına çıxarıldı

1 sentyabr 2025-ci il tarixində saat 11:00-da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən gömrük hərracı keçiriləcək.

“Günaybank”ın əmlakı hərraca çıxarıldı - DETALLAR

FED.az xəbər verir ki, hərracda dövlət mülkiyyətinə keçirilmiş müxtəlif məhsullar satışa çıxarılacaq və bu məhsullar ümumilikdə 943 adda maldan ibarətdir. Satışa təqdim olunan mallar əsasən təsərrüfat, inşaat avadanlıqları və elektronika, mobil telefonlar və onların aksesuarlarını əhatə edir.

Təsərrüfat və inşaat kateqoriyası üzrə ümumilikdə 375 adda məhsul təklif olunur və bu məhsulların ümumi start qiyməti 18.655,55 manat təşkil edir. Həmin mallar üçün tələb olunan 5% beh məbləği 932,78 manat, 0,5% iştirak haqqı isə 93,3 manatdır.

Elektronika və mobil aksesuarlar kateqoriyasına aid 568 adda məhsulun ümumi start qiyməti isə 54.722,55 manat səviyyəsində müəyyən edilib. Bu kateqoriya üzrə beh məbləği 2.736,13 manat, iştirak haqqı isə 273,6 manatdır.

Satışa çıxarılan bütün məhsullarla bağlı əlaqələndirici şəxs Emin Xanbabayevdir və maraqlanan şəxslər onunla (055) 299 76 73 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər. Behin və iştirak haqqının köçürülməsi üçün hesab: 

Müştərinin adı: Hərracların Təşkili Mərkəzi PHŞ

VÖEN: 1505677031

Hesab nömrəsi (IBAN): AZ23AZRT38090049440265368001

Alan bank: Azər-Türk Bank Müştəri Xidmətləri Mərkəzi

Ünvan: Bakı şəhəri, C. Məmmədquluzadə küçəsi 85; 192/193

Bankın kodu: 507699

Bankın VÖEN-i: 9900006111

Müxbir hesab: AZ02NABZ01350100000000022944

SWIFT kod: AZRTAZ22XXX

 

Seçilən
5
fed.az

1Mənbələr