AZ

Süni intellekt mütəxəssisi Zukerberqin milyardlıq təklifinə "yox" dedi

Avstraliyalı süni intellekt üzrə mütəxəssis Endryu Tallık “Meta”nın 1 milyard dollarlıq təklifini rədd edib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Pert şəhərində böyüyən və Sidney Universitetini bitirən Tallık 11 il “Facebook”un süni intellekt şöbəsində çalışıb.
Endryu Tallık burada "seçilən mühəndis" adını qazanıb.

O, daha sonra rəqib “OpenAİ” şirkətinə keçib.

2024-cü ilin əvvəlində “OpenAI”nin keçmiş texniki direktoru Mira Murati ilə birlikdə “Thinking Machines Lab” süni intellekt şirkətini yaradıb.
Şirkətin dəyəri hazırda 12 milyard dollar civarındadır.

Mark Zukerberq bu ilin əvvəlində “Thinking Machines Lab”ı almaq istəyib, lakin Murati təklifi qəbul etməyib.
“Meta” daha sonra şirkətin istedadlı işçilərini cəlb etmək üçün əlindıən gələni edib. Məlumata görə, “Meta” Tallıka 6 il ərzində 1 milyard dollar maaş və bonus paketi təklif etsə də, o bu təklifə “yox” deyib.
“Meta” daha sonra mətbuatda yayılan rəqəmlərin “qeyri-dəqiq və şişirdilmiş” olduğunu bildirib.

Qeyd edək ki, Mark Zukerberqin tez-tez rəqib şirkətlərdən işçiləri işə götürmək üçün yüksək təkliflər verdiyi məlumdur.

“OpenAI” CEO-su Sam Altman keçən iyunda “Meta”nın işçilərinə 100 milyon dollar bonus təklif etdiyini, lakin heç kim bunu qəbul etmədiyini açıqlamışdı.

Mənbələr bildirir ki, “Meta” “Thinking Machines Lab”ın azı 12 işçisinə iş təklif etsə də, razılaşan olmayıb.

“Thinking Machines Lab” cəmi bir neçə ay ərzində 2 milyard dollardan çox investisiya cəlb edərək, 12 milyard dollar dəyərində böyük bir dəyərə çatıb. İnvestorları arasında Silikon Vadisinin aparıcıları və texnologiya nəhəngləri var. Hətta Albaniya hökuməti şirkətə 10 milyon dollar sərmayə qoyub.

Əsas fiqurları arasında “OpenAI”nin həmtəsisçisi Con Şulman və təhlükəsizlik üzrə tədqiqatçı Lilian Venq var.

Billurə
 

Seçilən
7
2
olke.az

3Mənbələr