Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Ukrayna mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq üçün istifadə etmək niyyətindədir...
Politoloq: “Kiyevin Azərbaycana hansı dərəcədə təsiri ola bilər ki, o, Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına şərait yaratsın?”.
“Azərbaycan həmişə öz müstəqil siyasəti ilə seçilib və bu gün Rusiya ilə Azərbaycan arasındakı qarşıdurmanın da mərkəzində məhz rəsmi Bakının yürütdüyü müstəqil siyasəti həzm edə bilməməsi dayanır”.
Bu sözləri politoloq Şamir Hümbətov Rusiya Xarici İşlər Nazirliyinin sözçüsünün Azərbaycanla bağlı son açıqlamasını Poliqon-a şərh edərkən qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ukrayna mövcud Rusiya-Azərbaycan ziddiyyətlərindən milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq üçün istifadə etmək niyyətindədir.
Ukrayna ilə Rusiya arasında davam edən müharibə fonunda Kiyevin Cənubi Qafqazdakı vəziyyətə təsir etmək istəyi nə dərəcədə real görünür?
Mövzunu Poliqon-nun əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.
Samir Hümbətov: “Zaxarovanın danışdıqlarının böyük əksəriyyəti əməli başlı yalan üzərində qurulub və daha çox təxribat xarakterlidir”.
Azərbaycanın Ukraynaya olan münasibətinin sırf Rusiyaya qarşı olan münasibət olmadığını bildirən politoloq qeyd edib ki, yaxud da, öz milli maraqlarımızı geridə qoymarıq:
“Zaxarovanın danışdıqlarının böyük əksəriyyəti əməli başlı yalan üzərində qurulub və daha çox təxribat xarakterlidir. Kiyevin Azərbaycana hansı dərəcədə təsiri ola bilər ki, o Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanmasına şərait yaratsın? Zaxarovanın deməyindən belə çıxır ki, Azərbaycan öz istəyi və maraqları daxilində hərəkət etmir, daha çox xaricdən idarə olunur. Bu isə sadəcə absurddur. Azərbaycan həmişə öz müstəqil siyasəti ilə seçilib və bu gün Rusiya ilə Azərbaycan arasındakı qarşıdurmanın da mərkəzində məhz rəsmi Bakının yürütdüyü müstəqil siyasəti həzm edə bilməməsi dayanır. Digər tərəfdən isə, bütün halalrda Kiyev Azərbaycanı idarə edəcək və yönləndirəcək mərkəz deyil.
Rusiya Kiyevdə günah axtarmaqdansa, 25 dekabr 2024-cü ildə vurduğu təyyarəni niyə vurduğunun səbəblərini açıb desinlər. Üstəlik Yekaterinburqda azərbaycanlılara qarşı olan zorakılıqlar, qatillərlə bağlı məsələlərə aydınlıq gətirsinlər. Belə olan halda, Rusiya ilə Azərbaycan arasında problemler böyük ölçüdə qalmayacaq. Yəni problemi yaradan tərəf Azərbaycan deyil, məhz Rusiya tərəfidir.
Samir Hümbətov: “Rusiya Azərbaycanla münasibətləri, atdığı addımları korrektə etsə, arada heç bir problem qalmayacaq”.
Azərbaycan elə mürəkkəb coğrafi mövqedə yerləşir ki, burada siyasi prosesləri zərgər dəqiqliyi ilə aparır. Buna görə də, Rusiyanın Cənubi Qafqaz ölkələri, o cümlədən Azərbaycanla münasibətləri pozmağa ehtiyac yoxdur.
Azərbaycan özü bilir ki, xarici siyasətdə nə edir, nə etməlidir. Nəinki Kiyev, Rusiya da daxil olmaqla dünyanın böyük dövlətləri Bakının yerinə qərar verə bilməz. Azərbaycanın Ukraynaya olan münasibəti sırf Rusiyaya qarşı olan münasibətdən yaranmır. Bu siyasət Azərbaycanın strateji maraqlarına uyğun tənzimlənir. Uzun illər boyu Rusiya Ermənistana dastək və silah verdiyi zaman da, Azərbaycan öz maraqlarından çıxış edirdi və Rusiyadan öz siyasətini dəyişdirməyi tələb etmirdi. Eyni səviyyədə Rusiyada ASzərbaycanın kiminlə əməkdaşlıq edib, etməyəcəyini təyin edə bilməz. Bu birbaşa Azərbaycanın hüququdur və Azərbaycan bu hüququnu heç kimlə paylaşmaq fikrində deyil.
Ona görə də, Rusiya Azərbaycanla münasibətləri, atdığı addımları korrektə etsə, arada heç bir problem qalmayacaq”.
Nərminə Umudlu
Poliqon.info