AZ

Püşk atıldı, cütlüklər məlum oldu - Çempionlar Liqasının “pley-off”unda

Bu gün Çempionlar Liqasının 2025/2026-cı il mövsümünün pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənib.

Püşkün nəticəsinə görə, "Qarabağ" “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq."Qarabağ" mərhələ adlası ilk oyunu səfərdə keçirəcək.

Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.

"Qarabağ" adları çəkilən hər iki komanda ilə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib və rəqiblərindən üstün olub.

Ötən il Ağdam təmsilçisi "Ludoqorets"ə Bakıda uduzsa da (1:2),səfərdə rəqibinə 7:2 hesabı ilə qalib gəıməklə mərhələ adlayıb.

2022-ci ildə isə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "Ferensvaroş"a Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlmişdi.

Sportinfo.az xəbər verir ki, püskün nəticəsi aşağıdakı kimi olub:

Çempionlar yolu

"Ludogorets (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün qalibi / "Şkendiya" (Makedoniya) - "Qarabağ" (Azərbaycan) cütünün qalibi

"Lex" (Polşa) - "Srvena Zvezda" (Serbiya) / "Dinamo" Kiyev (Ukrayna) - "Pafos" (Kipr) cütünün qalibi

"Bodo-Qlimt" (Norveç) - "Şturm" (Avstriya)

"Seltik" (Şotlandiya) / "Kayrat" (Qazaxıstan) - "Slovan (Slovakiya) cütünün qalibi

"Bazel" (İsveçrə) / "Malmö (İsveç) - "Kopenhagen" (Danimarka) cütünün qalibi

Liqa yolu

"Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə) / "Nitsa" (Fransa) - "Benfika (Portuqaliya) cütünün qalibi

“Reyncers” (Şotlandiya) - "Viktoriya" (Çexiya) / “Zalsburq” (Avstriya) - “Brügge” (Belçika) cütünün qalibi

Bu mərhələnin ilk oyunları avqustun 19-20-də, cavab görüşləri isə 26-27 avqustda keçiriləcək.

Seçilən
3
sportinfo.az

1Mənbələr