BAKI, 4 avqust. TELEQRAF
Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Karvan-Yevlax” daha bir futbolçu ilə anlaşıb.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər veri ki, Yevlax təmsilçisi İbrahim Qədirzadə ilə 1 illik yeni anlaşma imzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm “Karvan-Yevlax”ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.