AZ

Vitkof Rusiyaya gedir YENİLƏNİB

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bu barədə Rusiyanın TASS xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.Xüsusi nümayəndənin səfəri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə verdiyi "möhlət" fonunda baş tutur. Belə ki, Tramp Putinin qarşısında şərt qoyub: cümə günü möhlət başa çatdıqca o, Ukraynada atəşkəsə razılıq verməlidir, əks təqdirdə, Moskva ağır sanksiyalarla üzləşəcək.* * * 10:58

ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun 6-7 avqust tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərinə səfəri gözlənilir.

Bu barədə ABŞ Prezidenti Donald Tramp yerli mətbuata açıqlamasında məlumat verib. O, səfər tarixinin hələ dəqiqləşdirilmədiyini diqqətə çatdırıb.

Vitkof Qəzzada səfərdədir

Xatırladaq ki, Stiv Vitkof Rusiyaya bu il ərzində daha əvvəl üç dəfə səfərə yollanıb. Axırıncı dəfə aprelin 11-də Sankt-Peterburq şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər Ukraynada müharibənin həlli istiqamətində fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndənin, eyni zamanda, ötən günlərdə İsrailə və Qəzza zolağına səfəri baş tutub. O, Baş nazir Benyamin Netanyahu ilə görüşüb, həmçinin Qəzzadakı humanitar yardım mərkəzlərinə nəzərdən keçirib, yerli sakinlərlə söhbətləşib. Firudin Həmidli

AzVision.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azvision.az

4Mənbələr