AZ

“Braqa” “Sabah”a “Levski”ni rəqib etdi - ŞƏRH

İyulun 31-də Avropa Liqasının (AL) 2-ci təsnifat mərhələsinə yekun vuruldu. Rəqiblərini iki oyunun nəticəsinə əsasən üstələyən 8 komanda növbəti mərhələyə çıxdı.

Xatırladaq ki, bu turnirdə ölkəmizi “Sabah” təmsil edirdi. Təəssüf ki, təmsilçimiz evdə 2:3 hesabıyla məğlub olduğu, səfərdə isə 3:3 hesablı heç-heçəyə razılaşdığı “Selye” səddini keçə bilmədi. Konfrans Liqasının (KL) ötən mövsümünün 1/4 finalçısı olan “Selye” AL-in növbəti mərhələsində AEK səddinə ilişdi: Sloveniya klubu evdə 1:1 hesablı heç-heçəyə razılaşdığı Cənubi Kipr təmsilçisinə səfərdə uduzaraq (1:2) turnirlə vidalaşdı.

Avrokuboklarda mübarizəni Konfrans Liqasında davam etdirən “Sabah” “Petrokub” səddini keçəcəyi halda AL-də yarışan “Levski” – “Braqa” cütünün məğlubu ilə qarşılaşacaqdı. Moldovalıları hər iki oyunda məğlub edən masazırlıların potensial rəqiblərinin Portuqaliyadakı cavab görüşünün də əsas vaxtında hesab açılmadı. Ev sahibləri əlavə vaxtda bir qol vuraraq “Levski”ni “Sabah”a rəqib etdilər.

2-ci təsnifat mərhələsində postsovet məkanından iki komanda iştirak edirdi. “Şerif” Moldovada 1:3 hesabıyla uduzduğu “Utrext”ə Niderlandda böyük hesabla məğlub olaraq (1:4) mübarizəni dayandırdı. “Şaxtyor” isə İstanbulda 4:2 hesabıyla qalib gəldiyi “Beşiktaş”ı cavab görüşündə də məğlub edərək (2:0) 3-cü təsnifat mərhələsinə yollandı.

2-ci təsnifat mərhələsi, cavab oyunları
Braqa (Portuqaliya) - Levski (Bolqarıstan) 1:0, əlavə vaxtda (ilk oyun - 0:0)
Navarro, 104.
AEK (Cənubi Kipr) - Selye (Sloveniya) 2:1 (1:1)
Çakon, 43. Qarsiya, 67 - Kvesiç, 88.
Həkken (İsveç) - Anderlext (Belçika) 2:1, p. – 4:2 (0:1)
Svanbek, 33. Qustafson, 90+1-p. - Dolberq, 52-p.
Şaxtyor (Ukrayna) - Beşiktaş (Türkiyə) 2:0 (4:2)
Kevin, 12. Elias, 45+2.
Utrext (Niderland) - Şerif (Moldova) 4:1 (3:1)
Yensen, 27. Horemans, 46. Virqever, 56. Əl-Karuani, 89 - Odede, 75.
ÇFR (Rumıniya) - Luqano (İsveçrə) 1:0, ə.v. (0:0)
Sinyan, 96.
Legiya (Polşa) - Banik (Çexiya) 2:1 (2:2)
Nsame, 54. Poeznı, 74-öz qapısına – Prekop, 15.
Hibernian (Şotlandiya) - Midtüllann (Danimarka) 1:2, ə.v. (1:1)
Buşiri, 105+1 – Osorio, 94. Brumado Junior, 119.

İlk oyunları avqustun 7-də keçiriləcək 3-cü təsnifat mərhələsində cütlər belə formalaşıb: PAOK (Yunanıstan) – Volfsberq (Avstriya), AEK – Legiya, Fredrikstad (Norveç) – Midtüllann, ÇFR – Braqa, Servett (İsveçrə) – Utrext, Həkken - Brann (Norveç), Şaxtyor - Panatinaikos (Yunanıstan), Linkoln Red İmps (Cəbəllütariq) – Noa (Ermənistan), Riyeka (Xorvatiya) - Şelburn (İrlandiya), RFŞ (Latviya) - KuPS (Finlandiya), Hamrun Spartans (Malta) - Makkabi (Təl-Əviv, İsrail), Zrinski (Bosniya və Hersoqovina) - Breydablik (İslandiya), FKSB (Rumıniya) – Drita (Kosovo).

Seçilən
13
1
football-plus.az

2Mənbələr