AZ

Kreml Putinin beynəlxalq danışıqlarını elan edib

Rusiya prezidenti Vladimir Putin bazar ertəsi, avqustun 4-də beynəlxalq telefon danışığı keçirəcək.

NOCOMMENT.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Günortadan sonra beynəlxalq telefon danışığını gözləyirik. Biz sizi həmişəki kimi məlumatlandıracağıq”, – Kreml sözçüsü bildirib.

Dövlət başçısının həmsöhbətinin adı hələlik açıqlanmır.

Daha əvvəl Peskov bildirib ki, Kreml Putinin Moskvaya səfəri zamanı ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşünün mümkünlüyünü istisna etmir. “Cənab Vitkovu Moskvada görməyə həmişə şadıq”, – o qeyd edib.

Seçilən
5
nocomment.az

1Mənbələr