“Böyük ehtimalla karyeramı mənə doğma olan “Zaqatala” klubunda davam etdirəcəyəm”.

Bunu Offsideplus.az saytına açıqlamasında futbolçu İlkin Qırtımov deyib.

Bir neçə gün öncə “Kəpəz”dən ayrılan 34 yaşlı müdafiəçi bildirib ki, bu qərarı öz istəyilə verib:

“Heç kim məni komandadan göndərməyib. Sadəcə qismət belə alındı. Orada qalmağımı istəyən insanlar var, buna baxmayaraq qərarıma hörmətlə yanaşdılar. “Kəpəz” azarkeşi hər şeyin ən yaxşısına layiqdir. Orada çıxış etdiyim dövrdə azarkeşlərin kluba necə can yandırdığını gördüm. Komandaya yeni mövsümdə uğurlar arzulayıram”.

Qeyd edək ki, Qırtımovun “Kəpəz”lə başa çatan müqaviləsi yenilənməyib.