AZ

İsti hava nə vaxtadək davam edəcək? Rəsmi CAVAB

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Son illər avqust ayının bəzi günlərində ölkə ərazisində havanın temperaturu  iqlim normasından 4.5-7.4°  yüksək olub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Məlumata görə, bu ilin avqust ayının ilk günlərində isə  havanın  temperaturu iqlim  norması ilə müqayisədə  4-4.4° yüksəkdir. Belə hava şəraiti avqust ayı üçün xarakterikdir.

O bildirib ki, ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi ehtimal edilir.

“Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi Aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir. Avqustun 9-dan  isə  şimal-qərb küləyinin  arabir güclənəcəyi gözlənilir ki, bu da istilik effektini nisbətən azaldacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
3
modern.az

4Mənbələr