AZ

39 yaşlı David Luis Kipr klubunda

Futbol üzrə Braziliya milli komandasının sabiq mərkəz müdafiəçisi David Luis bundan sonrakı karyerasını Kiprdə davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

39 yaşlı futbolçu ilə 2 illik (2027-ci ilin yayına qədər) müqavilə imzalanıb. O, yeni klubuna azad agent kimi keçib.

David Luis bu ilin yanvarında “Flamenqo”dan ayrılaraq “Fortaleza”ya keçmişdi. Təcrübəli oyunçu bu komandanın heyətində meydana çıxdığı 17 oyunda heç bir məhsuldarlıq nümayiş etdirməyib.

Braziliyanın “Vitoriya” klubunun yetirməsi olan David karyerası “Benfika”, “Çelsi”, PSJ, “Arsenal”, “Flamenqo” kimi komandaların da uğurları üçün çalışıb.

Müdafiəçi vaxtilə Braziliya yığmasında 57 oyun keçirib, 3 qol vurub.

“Transfermarkt” internet-portalı 39 yaşlı müdafiəçinin transfer dəyərini 300 min avro məbləğində qiymətləndirir.

Seçilən
3
arena.az

1Mənbələr