AZ

Parkda 23 yaşlı oğlan tanışını döydü — TƏFƏRRÜAT

Lənkəranda 23 yaşlı oğlan sosial şəbəkədə mübahisə etdiyi şəxsə xəsarət yetirib. 

Demokrat.az-
ın əldə etdiyi xəbərə görə, hadisə Lənkəran şəhəri, H.Aslanov parkı ərazisində baş verib. 2002-ci il təvəllüdlü Asim hadisədən bir neçə gün əvvəl “PUBG” onlayn oyun platformasında tanış olduğu Zahirin (adlar şərtidir – red.) ilə qarşılaşıb. 

Bu zaman o, “PUBG” onlayn oyun platformasında tanış olduğu şəxsin zərərçəkmiş şəxs olduğunu dəqiqləşdirib, onunla əvvəlki günlərdə görüşməyəcəyi təqdirdə söyüş söyüb. 

Aralarında söyüşə görə baş vermiş mübahisə zamanı, yumruqla zərərçəkmiş şəxsin sağ gözaltı nahiyəsinə qəsdən bir dəfə zərbə vurub. 

Hadisəni törədən Asimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. 

Cinayət işi üzrə araşdırma aparılan zaman məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Ona qarşı zərərçəkmiş şəxsin şikayətinin geri götürdüyü müəyyənləşib. 

Bu səbəbdən hakim hökm çıxaran zaman bu halları nəzərə alıb. Məhkəmə Asimin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
1
1
demokrat.az

2Mənbələr