Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubunun da rəqibi bəlli olub. Məğlub tərəf Avroliqada pley-off-da oynayacaq.
"Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün uduzan tərəfi pley-offda “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Maraqlıdır ki, bu cütlərin qalibləri Çempionlar Liqasının pley-offunda da bir-birləri ilə qarşılaşacaqlar.