AZ

Azərbaycan BƏƏ şirkətini Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına dəvət edib

Bakı. Trend:

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) texnologiya vətelekommunikasiya şirkətlərindən biri olan “Etisalat" iləəməkdaşlıq imkanlarını dəyərləndirib.

Trend xəbərverir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"BƏƏ-yə səfər çərçivəsində dünyanın aparıcı texnologiya vətelekommunikasiya şirkətlərindən olan “Etisalat”ın sədri JassimMohammed ilə görüşdük. Dubayda keçirilən COP28-də əldə etdikləridəyərli təcrübəni COP29-un Bakıda təşkili zamanı bizimləbölüşdükləri üçün şirkət rəhbərliyinə təşəkkür etdik.

Telekommunikasiya sahəsində təcrübə mübadiləsi, məsləhət dəstəyivə gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik. Eyni zamandaşəhər nəqliyyatı sahəsində həyata keçirilən layihələr barədə fikirmübadiləsi apardıq. “Etisalat” rəhbərliyini 17-28 noyabr 2025-ci iltarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanınİnkişafı Konfransına (WTDC-25) dəvət etdik", - deyə paylaşımda qeydedilib.

Seçilən
40
az.trend.az

1Mənbələr