AZ

KOB evlərində göstərilən xidmətlərin sayı 23,2 faiz artıb

2025-ci ilin yanvar–iyun aylarında KOB evlərində sahibkarlara göstərilən xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 23,2 faiz artıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məlumatına görə, belə ki, 2024-cü ilin I yarısında KOB evlərində sahibkarlara ümumilikdə 208 194 xidmət göstərildiyi halda, cari ilin eyni dövründə bu göstərici 256 437 təşkil edib. Artım "Yevlax KOB evi" üzrə 31,2 faiz, "Xaçmaz KOB evi" üzrə 6,8 faiz, "Bakı KOB evi" üzrə isə 6,7 faiz olub.

Bu dövrdə sahibkarlara KOB evlərində göstərilən dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin ümumi sayında da artım müşahidə edilib: müvafiq olaraq 22,8 faiz və 26,7 faiz.

KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır.

Qeyd edək ki, 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanın KOB evi modeli qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirilərək, tətbiqi təşkilata üzv ölkələrə tövsiyə edilib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB evi modelinə maraq göstərirlər. Belə ki, KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə KOBİA və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Seçilən
15
13
vergiler.az

10Mənbələr