AZ

Bakıda su yoxdur: Azərbaycan suyu xaricə satır?

Son vaxtlar paytaxtın su probleminin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirilməsinə baxmayaraq, bu sahədə hələ də çatışmazlıqlar var. 

2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında deyilib ki, Bakı şəhərinin 80 %-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100 % olacaq. 2025-ci ilin avqust ayıdır və bu bəyanatdan 7 il keçib. Göründüyü kimi, paytaxtda hələ su problemi yaşanır. 

Bugünlərdə Bakı şəhəri və Abşeron yarımadasının bir çox ərazilərində su “böhranı” yaşandı və bunun səbəbi kimi Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza göstərildi. Qəzanın nəticələri aradan qaldırılsa da, hələ də bir sıra ərazilərdə su uzun fasilələrlə verilir. Yəni son illər Oğuz-Qəbələ-Bakı su kəməri çəkilsə də, fasiləsiz su  təminatı sözü verilsə də, vəziyyət göstərir ki, problem tamamilə həll edilməyib. 

Son vaxtlar sosial şəbəkələrdə paytaxtdakı su probleminin səbəbləri ilə bağlı müəyyən fikirlər səslənir. Qeyd edilir ki, bu gün paytaxtdakı  çatışmazlığın səbəbi suyun xarici ölkələrə ixrac edilməsidir. Doğrudanmı yaranan su problemlərinin, o cümlədən suyun fasilələrlə verilməsinin səbəbi məhz ixracla bağlıdır?

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, bu iddia həqiqətə uyğun deyil:  

“Xeyr. Azərbaycandan xaricə su ixrac edilmir”. 

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr