AZ

Rusiyaya qarşı yeni “hörümçək toru” | VİDEO

AzVision.az xəbər verir ki, UTX-nin yaydığı məlumatda Ukrayna PUA-larının ötən gecə Rusiyanın ilhaq etdiyi Krımdakı “Saki” hərbi aerodromuna hücum həyata keçirdikləri bildirilir. Bu, Rusiyanın Qara dənizdəki əməliyyatlar üçün əsas hava bazasıdır.

“Bir “Su-30SM” təyyarəsi tamamilə məhv edilib, digəri isə zədələnib. Üç “Su-24” təyyarəsi də vurulub”,- xəbərdə deyilir.

“Hörümçək toru” təkrarlana bilər- VİDEO
Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib.

Ukraynanın ovaxtkı baş naziri Denis Şmıqal UTX-nin Rusiya aerodromlarına dronlar vasitəsi ilə təşkil etdiyi “Hörümçək toru” əməliyyatının təkrarən həyata keçirilə biləcəyini vurğulamışdı.
Yeri gəlmişkən, hazırda Denis Şmıqal Ukraynanın Müdafiə naziri vəzifəsini tutur.



Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
1
azvision.az

2Mənbələr