Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
AzVision.az xəbər verir ki, UTX-nin yaydığı məlumatda Ukrayna PUA-larının ötən gecə Rusiyanın ilhaq etdiyi Krımdakı “Saki” hərbi aerodromuna hücum həyata keçirdikləri bildirilir. Bu, Rusiyanın Qara dənizdəki əməliyyatlar üçün əsas hava bazasıdır. “Bir “Su-30SM” təyyarəsi tamamilə məhv edilib, digəri isə zədələnib. Üç “Su-24” təyyarəsi də vurulub”, - xəbərdə deyilir.
“Hörümçək toru” təkrarlana bilər - VİDEO
Xatırladaq ki, iyunun 1-də Ukrayna “Hörümçək toru” adlı keçirdiyi genişmiqyaslı əməliyyat çərçivəsində Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə zərbələr endirib. Ukraynanın ovaxtkı baş naziri Denis Şmıqal UTX-nin Rusiya aerodromlarına dronlar vasitəsi ilə təşkil etdiyi “Hörümçək toru” əməliyyatının təkrarən həyata keçirilə biləcəyini vurğulamışdı.
Yeri gəlmişkən, hazırda Denis Şmıqal Ukraynanın Müdafiə naziri vəzifəsini tutur.
pic.twitter.com/aO0O9x5NG2
— Newsfeed (@Newsfeed883920) August 4, 2025
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.