AZ

Hər evdə olan bu dərman təhlükəli imiş

İstifadəsi demək olar ki, hər evdə rast gəlinən parasetamol dərmanı uzun illərdir ki, hərarət salan və ağrıkəsici vasitə kimi tanınır. Apteklərdə reseptsiz satılması, qrip və soyuqdəymə hallarında geniş tətbiq olunması bu preparatı olduqca əlçatan və təhlükəsiz kimi göstərsə də, son illərdə beynəlxalq elmi araşdırmalar bu dərmanla bağlı ciddi narahatlıqları üzə çıxarıb.

Ohayo Dövlət Universitetində aparılan tədqiqatın nəticələrinə əsasən, parasetamol qəbul edən insanlarda qorxu hissi zəifləyir, bu isə onların riskli və impulsiv qərarlar verməsinə səbəb ola bilər. Alimlər qeyd edirlər ki, bu dərman təkcə fiziki deyil, həm də emosional qərarvermə prosesinə təsir göstərir və bu təsir bəzi hallarda təhlükəli nəticələrə yol aça bilər.

Bununla yanaşı, parasetamolun tərkibindəki "asetaminofen" maddəsinin qaraciyərə toksik təsiri də elm adamları tərəfindən vurğulanıb. Mütəxəssislər hesab edir ki, bu dərman düşündüyümüz qədər zərərsiz deyil və onun istifadəsi diqqətlə və nəzarətlə aparılmalıdır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, parasetamol qaraciyər çatışmazlığına və hətta ölümə səbəb ola bilər:

“Parasetamol ümumilikdə iltihab əleyhinə, hərarət salan təsirə malik preparatdır. Hazırda Qərbdə geniş şəkildə istifadə olunur. Lakin bu dərmanın yan təsirləri də var. Onun kimyəvi tərkibi asetaminofendir və bu maddə qaraciyərə toksik təsir edir. Əgər qaraciyərdə glutasyon çatışmazlığı varsa, bu zaman parasetamol qaraciyər çatışmazlığına səbəb ola bilər. Hətta bir tablet parasetamolun belə qaraciyər çatışmazlığına gətirib çıxardığı hallar var. Bu isə kəskin qaraciyər zədələnməsi və ölümlə nəticələnə bilər".

Onun sozlərinə görə, ABŞ-də hər il 500-dən çox insan məhz parasetamol səbəbindən həyatını itirir.

"Buna görə də qaraciyərində problemi olan şəxslər bu dərmandan istifadə etməməlidirlər və parasetamol qəbuluna maksimum diqqətlə yanaşmalıdırlar", - deyə Adil Qeybulla əlavə edib.


Seçilən
7
2
news24.az

3Mənbələr