AZ

Premyer Liqa nəhəngindən şok xəbər: Lider futbolçu başlamamış mövsümü başa vurdu?

"Tottenhem"in yarımmüdafiəçisi Ceyms Meddison dizindən aldığı zədə səbəbilə növbəti mövsümü tamamilə buraxa bilər.

Publika.az xəbər verir ki, bu barədə "GiveMeSport" məlumat yayıb.

28 yaşlı ingilis futbolçu avqust 3-də keçirilən və Son Hın Minin vida matçı olan "Nyukasl"la (1:1) oyunda zədələnib. Meddison meydana ikinci hissədə, 75-ci dəqiqədə daxil olub. Lakin cəmi 8 dəqiqə sonra, heç bir toqquşma olmadan zədə alıb və oyunu davam etdirə bilməyib.

Mənbənin yazdığına görə, futbolçunun sağ dizində ön çarpaz bağların qopması ehtimal olunur. Bu isə onun 2025/26 mövsümünü tam buraxması ilə nəticələnə bilər.

Qeyd edək ki, bu, Meddisonun keçən mövsüm sonunda aldığı eyni zədədir. O, may 1-dən sonra meydana çıxmamış, yalnız iyulun 31-də "Arsenal"a qarşı keçirilən oyunda (1:0) 6 dəqiqə oynamışdı.

"Çox vaxt həyat və futbol amansız ola bilər. Meddisonun başına gələnlər məhz belə bir hal idi. Bu, ciddi zədəyə bənzəyir. Dəqiq diaqnozu bilmirik, amma yaxşı görünmürdü. Demək olar ki, bu, onun əvvəl zədələdiyi dizidir", – deyə "Tottenhem"in baş məşqçisi Tomas Frank vəziyyətlə bağlı danışıb.

Seçilən
113
publika.az

1Mənbələr