AZ

İtaliyalı olimpiya mükafatçısı dünyasını dəyişdi

BAKI, 4 avqust. TELEQRAF

Məşhur italiyalı basketbolçu Marko Bonamiko dünyasını dəyişib.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya Basketbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

O, 68 yaşında vəfat edib.

Qeyd edək ki, Marko Bonamiko Moskva-1980 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. O, İtaliya millisi ilə yarımfinal mərhələsində SSRİ seçməsinə 87:85 hesabı ilə qalib gəlib, finalda isə Yuqoslaviyaya 77:86 hesabı ilə uduzub.

Seçilən
18
1
teleqraf.com

2Mənbələr