AZ

“Milla”nın avtomobili çimərlikdə istirahət edənlərə təhlükə yaradır ANBAAN VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çimərlik ərazisində avtomobil idarə edən, parklayan şəxslərlə bağlı tədbirlər görülür. Sürücülərə xəbərdarlıq edilir, cərimələr yazılır. Buna baxmayaraq, yenə də bəzi şəxslərin insanların sıx olduğu və istirahət etdiyi plyaj zonasında avtomobil idarə etdiyini hələ də görmək mümkündür.

Avtosfer.az-ın sosial şəbəkə hesabına göndərilən videoda görünür ki, 2 avtomobil günün müxtəlif saatlarında çimərlik ərazisində hərəkət edib daha sonra gözdən itir.

Belə ki, Corat qəbiristanlığı ilə üzbəüz çimərlik zonasında “Milla” şirkətinə məxsus 99-JG-668 qeydiyyat nişanlı “Mercedes” və 50-EJ-051 nömrəli “RAF” markalı nəqliyyat vasitələri çimərlikdə dondurma satmağa çalışırlar. Daha çox azyaşlıların diqqətini çəkən avtomobillər hamı üçün keçərli olan qanunu heçə sayıb sürəti də nizamlamır. Videodan göründüyü kimi, çimərlikdə oyun oynayan vətəndaşların yaxınlığından sürətlə keçir və biraz irəlidə uşaqlara dondurma satır.

Qeyd edək ki, çimərlikdə insanların sıx toplaşdığı ərazilərdə buc ür avtomobil idarə edən şəxslər inzibati məsuliyyət daşıyırlar.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
avtosfer.az

1Mənbələr