AZ

Müharibə iştirakçılarına hüquqi yardım xidməti göstərlilir - FOTOLAR

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi çərçivəsində müharibə iştirakçılarına hüquqi yardım xidməti  göstərməkdə davam edir.

QHT.az xəbər verir ki, ötən ay Şirvan, Saatlı, Cəlilabad, İmişli və Ağdaş rayonlarında təşkil edilən hüquqi yardım qəbullarına 56 nəfər müraciət edib. Onlara şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin məhkəmələrə müraciət üçün yazılı ərizələr tərtib olunub. Müraciətlərin əksəriyyəti müharibə veteranı statusunun alınması, əlilliyin təyin olunması, ünvanlı sosial yardım, özünəməşğulluq proqramına müraciət və digər sosial məsələlərlə bağlı olub.

Qeyd edək ki, müharibə iştirakçılarına hüquqi yardım xidməti avqust ayının sonuna kimi davam edəcək. Maraqlı şəxslər aşağıda qeyd edilən nömrə vasitəsilə əlaqə saxlaya bilərlər:

051 429 71 24 -- Vazeh Zahidov

Seçilən
11
3
qht.az

4Mənbələr