AZ

Azərbaycandakı KOB evlərində göstərilən xidmətlərin sayı 23 %-dən çox artıb

Bu ilin I yarısında Azərbaycandakı KOB evlərində sahibkarlara ümumilikdə 208 194 xidmət göstərilib.

"Report" İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 % çoxdur,

Artım "Yevlax KOB evi" üzrə 31,2 %, "Xaçmaz KOB evi" üzrə 6,8 %, "Bakı KOB evi" üzrə isə 6,7 % olub.

Bu dövrdə sahibkarlara KOB evlərində göstərilmiş dövlət-biznes (G2B) və biznes-biznes (B2B) xidmətlərinin ümumi sayında da artım müşahidə edilib: müvafiq olaraq 22,8 % və 26,7 %.

KOB evlərinə sahibkarların marağının artması, onların bir məkanda müxtəlif xidmətlərə asan çıxış əldə etməsi, prosesin sürətli, şəffaf və sahibkar məmnunluğu prinsiplərinə əsaslanmaqla təşkil olunması, həmçinin biznes subyektlərinin vaxt və xərclərinə qənaət imkanı ilə bağlıdır.

2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi Azərbaycanın KOB evi modelini qabaqcıl innovativ təcrübə və nümunəvi model kimi qiymətləndirərək, tətbiqini təşkilata üzv ölkələrə tövsiyə edib. Artıq bir sıra ölkələr Azərbaycanın KOB evi modelinə maraq göstərir. Belə ki, KOB evləri ilə bağlı təcrübə mübadiləsi məqsədilə KOBİA və Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyi “KIT” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

AzərbaycandakıAzərbaycandakı
Seçilən
9
13
fed.az

10Mənbələr