AZ

ABŞ və İsrail HƏMAS-a ultimatum hazırlayır

ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-a girovları azad etməsi və tərksilah olunması ilə bağlı ultimatum hazırlayır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Ultimatumun şərtlərinə görə,HƏMAS fələstinli məhbusların azad edilməsi müqabilində qalan girovları azad etməli və tərksilah edilməsi daxil olmaqla, hərbi əməliyyatların dayandırılması şərtləri ilə razılaşmalıdır. Əks halda İsrail ordusu hərbi əməliyyatları kampaniyasını davam etdirəcək.

HƏMAS-ın sözçüsü Mahmud Mərdavi bildirib ki, hərəkat hələlik ərəb vasitəçilərindən İsrailin təklifini almayıb.

Seçilən
15
2
axar.az

4Mənbələr