Braziliyalı müdafiəçi David Luisin yeni klubu müəyyənləşib.


Rekord.az xəbər verir ki, 39 yaşlı futbolçu Kipr "Pafos"una keçib.


Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Onunla 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.


Luis karyerası ərzində "Arsenal", "Çelsi", PSJ-nin də formasını geyinib.