Olaylar.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Peskov bu fikirləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin sosial şəbəkələrdəki sərt və konfrontal paylaşımlarına münasibət bildirərkən səsləndirib. O qeyd edib ki, hər ölkədə rəhbərlik daxilində müxtəlif baxışlar ola bilər: "ABŞ və Avropada da sərt ritorikadan istifadə edən siyasətçilər var. Amma Rusiyada əsas olan Prezident Putinin mövqeyidir."
Qeyd edək ki, iyul ayının sonunda ABŞ Prezidenti Donald Tramp və Dmitri Medvedev arasında sosial şəbəkələrdə açıq mübahisə yaşanıb. Tramp Medvedevə "sözlərinə diqqət yetirməyi" tövsiyə edərək onun "təhlükəli bölgəyə daxil olduğunu" bildirib. Cavab olaraq, Medvedev Trampa "Zombilər haqqında" filmlərə baxmağı tövsiyə edib və "Ölü əl" adlı nüvə strategiyasını xatırladıb.