AZ

Gümrüdəki hərbi bazanın mövcudluğu həm də bizə qarşı güc göstəricisidir

Newscenter.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rusiya Ermənistanda hərbi baza vasitəsilə ilk növbədə son dövrlərdə aktiv şəkildə Moskvadan uzaqlaşma yolu tutan, hətta KTMT-dən belə çıxmaqla bağlı rəsmi olaraq qərar verməyə hazırlaşan Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq istəyir".Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə son vaxtlar gərginləşən Rusiya-Ermənistan münasibətləri fonunda birincinin Gümrü bazasında hərbi aktivliyini artırmasını şərh edərkən deyib. Onun sözlərinə görə, situasiyadan asılı olaraq Rusiyanın Ermənistan hakimiyyətinə qarşı hərbi gücdən istifadə edilməsi ehtimalını da istisna etmək olmaz:"Rusiyanın Ermənistan daxilindəki beşinci kalonu vasitəsilə ölkə daxilində təxribatlar yaratmaq və bununla da xaos mühiti formalaşdırmaq ehtimalı var. Və ya hərbi bazaya qarşı diversiyalar həyata keçirib sonra özünü müdafiə adı altında müəyyən addımlara da qərar verilə bilər. Təbii ki, Gümrüdəki hərbi bazanın mövcudluğu nəhayətdə həm də bizə qarşı bir güc göstəricisidir və bu baza qaldıqca rəsmi Moskva ondan hər zaman təzyiq və müdaxilə aləti kimi istifadə etməyə cəhdlər edəcək".Süleyman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
newscenter.az

2Mənbələr