AZ

Pakistanda musson yağışları qurbanlarının sayı 299-a çatıb

Pakistanda iyun ayından bəri davam edən güclü musson yağışları nəticəsində ölənlərin sayı 299-a çatıb.

Dövlət televiziyası PTV News-un Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatına (NDMA) istinadən verdiyi məlumata görə, iyunun 26-dan bəri ölkədə leysan yağışları və daşqınlar nəticəsində 299 nəfər, o cümlədən 140 uşaq ölüb, 715 nəfər yaralanıb.

Bildirilir ki, zərər çəkmiş ərazilərdə 1676 evə ziyan dəyib, onlardan 562-si tamamilə dağılıb. Fəlakət zonalarından 2889 nəfər təxliyə edilib, zərər çəkmiş ərazilərdə humanitar əməliyyatlar davam edir.

Bundan əvvəl, iyulun 28-də NDMA güclü yağışlar nəticəsində 279 nəfərin öldüyünü və 676 nəfərin yaralandığını bildirmişdi.

Hər il iyun-sentyabr aylarında Cənubi Asiyada yağan musson yağışları müntəzəm olaraq böyük təbii fəlakətlərə və qəzalara səbəb olur.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
113
31
azerbaijan-news.az

10Mənbələr