İsrailin Qəzza zolağına hücumlarını soyqırım hesab etmirəm.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Jurnalistlər Trampa İsrailin hücumlarını soyqırım hesab edib-etmədiyini soruşub. Tramp isə cavabında belə düşünmədiyini və onların müharibədə olduğunu bildirib:
“Biz insanların qidalanmasını istəyirik. İstəyirik ki, İsrail onları qidalandırsın. İnsanların ac qalmasını və ya aclıqdan ölməsini istəmirik”.