Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyə hazırdır.
Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov jurnalistlərə açıqlamasında deyib: "Görüş üçün hazırlıq işləri hələ tam görülməyib. Xatırlatmaq istəyirəm ki, Prezident özü ekspert səviyyəsində zəruri iş başa çatdıqdan və lazımi məsafə qət edildikdən sonra belə bir görüşün keçirilməsini istisna etmir".
Hürr Tərcüman