AZ

Kreml: “Nüvə müharibəsində qalib ola bilməz”

AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə Ağ Evin rəhbəriDonlad Trampın ABŞ-nin Rusiya ilə nüvə müharibəsinə hazır olması barədə bəyanatını şərh edərkən belə deyib.

“Nüvə müharibəsində qalib ola bilməz. Bu, yəqin ki, bizim yanaşmamızda əsas iidadır. Moskva ilə Vaşinqton arasında dialoq davam edir. ABŞ Ukrayna məsələsində vasitəçilik səylərini davam etdirir”,- Dmitri Peskov vurğulayıb.

Tramp Medvedevə: “Danışığına fikir ver”| VİDEO
Xatırladaq ki, avqustun 1-də Donal Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə məsələlərinə dair təxribat xarakterli bəyanatlarına cavab olaraq iki nüvə sualtı qayığının“müvafiq ərazilərə”göndərilməsi əmrini verdiyini bildirib.

ABŞ prezidenti həmçinin özünün “Truth Social” sosial şəbəkəsində Medvedevin dediyi sözlərə diqqət yetirməli olduğunu vurğulayıb. Donal Trampın sözlərinə görə, rusiyalı siyasətçi hələ də özünü Rusiyanın prezidenti hesab edir.

Bundan əvvəl Medvedev öz bəyanatlarında bildirib ki, ABŞ prezidenti Moskva ilə“ultimatum oyunu” oynayır və o, Rusiya tərəfinin nə İsrail, nə də İran olduğunu başa düşməlidir. Bundan əlavə, hər bir yeni ultimatum Rusiya tərəfindən ABŞ ilə“təhdidə və müharibəyə doğru addım” kimi qəbul edilir.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
0
azvision.az

1Mənbələr