AZ

"Qarabağ"ın pley-offdakı potensial rəqibi bilindi - Püşkatma

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Fanat.Az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib. 

Qurban Qurbanovun komandası Şimali Makedoniya "Şkendiya"sını üstələyəcəyi təqdirdə, qrupa vəsiqə uğrunda həlledici qarşılaşmada “Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, "köhlən atlar" 3-cü təsnifat mərhələsində "Şkendiya" ilə ilk oyununu sabah - avqustun 5-də səfərdə, cavab oyunu bir həftə sonra Bakıda keçirəcək. 

Pley-off mərhələsinin ilk oyunları 19-20 avqust, cavab oyunları isə 26-27 avqust tarixlərində keçiriləcək.
 

Seçilən
52
fanat.az

1Mənbələr