Yazını böyüt
Yazını kiçilt
Türkiyə hökuməti Yozqat əyalətinin müftisi Əli Gülü Qazaxıstanın Almatı şəhərinə Dini Xidmətlər üzrə Attaşe təyin edilib. Müfti üçün təşkil edilən vida mərasimində Yozqat valisi Məhmət Əli Özkan Güldənə vəzifədə olduğu müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Hafta.az-ın yazdığına görə, Özkan, "Cənab Əli Güldənin Yozqatda dini xidmətlərin inkişafına mühüm töhfələr verib. Ona yeni vəzifəsində uğurlar arzulayıram. Onun ölkəmizi xaricdə ən yaxşı şəkildə təmsil edəcəyinə inanıram" deyib.
Bu arada, Güldən Yozqatda xidmət etməkdən şərəf duyduğunu dilə gətirib və bütün qurumlara təşəkkür edib.
Müfti Əli Güldənin yaxın günlərdə Almatıda vəzifəsinin icrasına başlayacağı açıqlanıb.