AZ

Bu peşələr 2045 ci ildə yox olacaq

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Süni intellektin və robot texnologiyalarının sürətlə inkişafı nəticəsində gələcək 20 il ərzində bir sıra peşələr tarixə qovuşacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Oksford Universitetinin apardığı araşdırmada qeyd olunub.

Bildirilir ki, xüsusilə logistika və daşımalar sahəsində süni intellektin tətbiqi genişlənəcək və bu, bir çox sahədə insan əməyinə olan ehtiyacı aradan qaldıracaq. Robotlar və avtomatlaşdırma sistemləri gündəlik işləri tam şəkildə yerinə yetirə biləcək.

Tədqiqatçılar hesab edir ki, 2045-ci ilə qədər aşağıdakı peşələr tamamilə yox ola bilər:

-Kassir

-Ofisiant

-Daşınma xidməti (yükdaşıma)

-Katib

-Anbar işçisi

-Mühasibat

-Satış nümayəndəliyi

-Təmir işləri

-Sığorta agentliyi

-Fermer

-Pilot

-Sürücü

Ekspertlərin fikrincə, texnologiya bu sahələrdə insan gücünü əvəz edəcək və bu da əmək bazarında ciddi struktur dəyişikliklərinə səbəb olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
baku.ws

3Mənbələr