BAKI, 4 avqust. TELEQRAF
İngiltərənin "Tottenhem" klubunun və Cənubi Koreya millisinin futbolçusu Son Hın Min ABŞ-nin “Los-Anceles” komandasına keçəcək.
Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
33 yaşlı vingerin keçidi ilə bağlı danışıqlar demək olar ki, yekunlaşıb. London təmsilçisi Minin transferindən 15 milyon avrodan çox gəlir əldə edəcək.
Qeyd edək ki, Son Hın Min 2015-ci ildə Almaniyanın "Bayer Leverkuzen" klubundan "Tottenhem"ə keçib.