AZ

"Akasya Durağı"nın Zeynosu 14 illik sevgilisi ilə evləndi

"Akasya Durağı"nın Zeynosu 14 illik sevgilisi ilə evləndiBir dövrün fenomen serialı olan "Akasya Durağı"nın Zeynosu, son olaraq Kızıl Goncalar serialında rol alan aktrisa Sitare Akbaş həmkarı Cengiz Orhonlu ilə ailə həyatı qurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən ay ailə arasında keçirilən sadə bir mərasimlə nişanlanmışdı. Nişandan sonra evlilik hazırlıqlarına başlayan Akbaş və Orhonlu, 3 avqustda İstanbulda nikah masasına oturub.

Toy öncəsi adət-ənənələrə sadiq qalan cütlük, yaxın dostları və ailə üzvlərinin iştirakı ilə xına gecəsi təşkil edib. Sitare Akbaş həmin gecə ənənəvi bindallı geyinib və mərasimdən çəkilən xoşbəxt anlara dair fotolar sosial şəbəkədə böyük maraq görüb. Nikah günü isə Cengiz Orhonlu, gəlinini evindən musiqi müşayiəti ilə alıb. Şən və rəngarəng anlara səhnə olan bu ənənəvi çıxış, dostlar və qonaqlar tərəfindən sosial mediada paylaşılıb.

Toy mərasiminə sənət və media dünyasından çox sayda tanınmış sima qatılıb. Şıqlığı və zərifliyi ilə diqqət çəkən Sitare Akbaş, nikah sonrası açıqlamasında hisslərini belə ifadə edib:

"Cengizlə biz 14 illik dostuq. Həyat bizə belə gözəl bir sürpriz etdi. Bir ay əvvəl evlənməyə qərar verdik. Bir-birimizi yaxşı və pis tərəflərimizlə tanıdığımız üçün bu qərarın tələsik olmadığını düşündük, amma hamı çox təəccübləndi. Həyat bizə belə gözəl, fərqli bir hekayə hədiyyə etdi. Çox xoşbəxtik."

Cengiz Orhonlunun Türk sənət musiqisinin unudulmaz səsi Kamuran Akkorun nəvəsi olduğu xəbəri də son günlərdə üzə çıxıb və bu məlumat magazin gündəmində böyük səs-küy yaradıb. Cütlüyün münasibətlərini uzun müddət gözlərdən uzaq yaşaması isə pərəstişkarlarından tam dəstək alıb.

Seçilən
19
sonxeber.az

1Mənbələr