AZ

Litvada baş nazirdən sonra hökumət də istefa verdi

Litva hökuməti fövqəladə iclasdan sonra istefa verdiyini açıqlayıb.
 
Bu barədə Litva Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunur ki, istefa iyulun 31-də Litvanın Baş naziri Qintautas Palutskasın vəzifəsini tərk etməsi ilə əlaqədardır.
 
"Qanunvericiliyə uyğun olaraq, baş nazirin istefasından sonra hökumət özünü buraxır və bu barədə prezidentə məlumat verir", - ölkənin Nazirlər Kabinetinin yaydığı bəyanatda qeyd olunur.
 
Xatırladaq ki, baş nazir postunun başına keçməzdən əvvəl Q.Palutskas səhmdarı olduğu şirkət üçün bankdan növbədənkənar kredit götürüb. Baş verən bu hadisə mətbuatda dərc edilib və siyasi qalmaqala səbəb olub. Nəticədə Litvanın baş naziri istefa verib.
Seçilən
10
moderator.az

1Mənbələr