AZ

Fuad Muradov: Düşərgədə iştirak edən gənclər, diaspor quruculuğunda fəal iştirak edəcəklər

Düşərgədə iştirak edən gənclər, diaspor quruculuğunda fəal iştirak edəcəklər.

"Report" Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Konstitusiyavə Suverenlik İli"nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsində jurnalistlərə açıqlamasında Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

"Ənənvi olaraq Diasporla iş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilir. VI Yay Düşərgəsi Xankəndində baş tutub. 61 ölkədən 128 Azərbaycan gənci bu gözəl çıxanda 1 həftə ərzində Azərbaycan haqqında, Azərbaycanda gedən islahatlar haqqında, bu bölgədə gedən quruculuq işlərinə bağlı, eyni zamanda bizim ziyalılarımıza, şəhid ailələrilə, döyüş iştirakçılarına, idmançılarla, yəni bütün istiqamətlər üzrə uğur qazanan insanlarla görüşlər baş tutacaq. Bu gün qürurla dayı bilərik ki, hamımız xoşbəxtik ki, bu gün Xankəndindəyik. Bundan öncə bizim düşərgəmiz Laçında və Şuşada baş tutub. Ümid edirik ki, Diaspor quruculuğu işində burda iştirak edən gənclərimiz çox fəal iştirak edəcəklər. Onlar öz ölkələrinə qayıdaraq Azərbaycanda gedən proseslər haqqında, Azərbaycana qarşı klab qüvvələrə öz sözlərini deyəcəklər", - o qeyd edib.

Seçilən
22
report.az

1Mənbələr