AZ

Qanalı yarımmüdafiəçi yenidən İspaniyada çıxış edə bilər

Son olaraq “Arsenal”da çıxış edən və hazırda azad agent statusunda olan Tomas Parti karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Vilyareal”a keçməyə çox yaxındır.

Bu barədə İspaniyanın “Marca” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “Vilyareal” Partiyə iki illik müqavilə təklif edib. Futbolçunun bu klubu seçməsinə səbəb komandanın UEFA Çempionlar Liqasında iştirak etməsidir.

Qeyd edək ki, Qana millisinin üzvü olan Tomas daha əvvəl İspaniyada “Almeriya” və “Atletiko Madrid” klublarının formasını geyinib.

Portuqaliya millisinin üzvü "Tottenhem"də - RƏSMİ

Kerem Aktürkoğlu “Fənərbaxça” ilə anlaşdı

“Qalatasaray”da növbəti ayrılıq

Emreli yeni komandasında debüt edib

Semih Kılıçsoy rəsmən “Kalyari”də

Seçilən
11
1
apasport.az

2Mənbələr