AZ

Qobustanda yol nişanlanma işləri həyata keçirildi - FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Qobustan rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır. İşlər şəhərdaxili və kəndlərarası yolları əhatə edir.

AYNA-dan bildirilib ki, rayonun Heydər Əliyev və Zərifə Əliyeva prospektləri, E.Vəliyev, B.Qəribov, N.Şakirov, Ş.Şikarov, E.Hüseynov, M.Ə.Sabir, T.İsmayılov, M.Balakişiyev, A.Məmmədağa, O.Müstəcəbov, Z.Cavadov və Koroğlu küçələri, eləcə də Diri Baba, Cəmcəmili və Xılmilli yollarında nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib.

Ümumilikdə 120 kilometrə yaxın ərazidə xətləmə işləri aparılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.(Azərtac)

FOTO QALEREYA
Seçilən
1
avtosfer.az

1Mənbələr