Naxçıvcan Muxtar Respublikasının Ordubad rayonunda bir sıra yollarda əsaslı təmir işləri aparılacaq.
Bu barədən Trend məlumat yayıb.
Yayonun Anabad və Gənzə, Kələntərdizə və Qoşadizə, eləcə də, Aza Darkənd kənddaxili avtomobil yolları əsaslı təmir olunacaq.
Belə ki, Ordubad Rayon İcra Hakimiyyəti (RİH) bununla bağlı müvafiq işlərə yekun vurub.
RİH sözügedən işlərin icrasını “Naxçıvan Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 5 215 480 manat ödənilib.