AZ

Sumqayıtda 6 aylıq körpənin ölüm səbəbi açıqlanıb

Sumqayıtda 6 aylıq körpənin ölümü ilə bağlı açıqlama verilib.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna bildirilib ki,”01.08.2025-ci il tarixində saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına 2025-ci təvəllüdlü körpə hospitalizasiya olunub.

Yuxarı tənəffüs yollarının kəskin infeksiyası, dəqiqləşdirilməmiş pnevmoniya, kəskin respirator çatmazlıq, dəqiqləşdirilməmiş qaraciyər çatmazlığı və maddələr mübadiləsinin dəqiqləşdirilməmiş pozuntusu diaqnozu təyin edilən körpə Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti ağır olan körpənin həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 02.08.2025-ci il tarixində saat 14:30 radələrində beyin ödəmi səbəbindən ölüm faktı qeydə alınıb.”

Seçilən
84
13
report.az

10Mənbələr