AZ

Rusiyanın aktivliyi minimmallaşıb



"Son dövrlər Rusiyanın Cənubi Qafqazla bağlı hərbi strategiyası xüsusilə, Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının fəaliyyəti nəzərə çarpacaq qədər artıb. Kremlin yenidən öz hərbi aktivliyini artırmağa çalışması regionda baş verən mühüm geosiyasi dəyişikliklərə adekvat reaksiya vermək instiktindən qaynaqlanır".

Bu fikirləri Newscenter.az-a siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda qüvvələr balansı kəskin şəkildə dəyişib:

"Azərbaycan Türkiyənin fəallaşması kontekstində Rusiyanın aktivliyi minimmallaşıb. Paralel şəkildə, Azərbaycan və Ermənistan arasında Rusiyanın iştirakı olmadan normallaşma prosesi canlanır, İrəvan Ankara ilə əlaqələri bərpa etməyə çalışır, Zəngəzur dəhlizi ilə bağlı proseslər fərqli məcrada inkişaf edir və ən əsası Paşinyan administrasiyasının Rusiya orbitindən uzaqlaşaraq Qərbə inteqrasiyası sürətlənir".

Ekspert deyib ki, Moskva isə bunları qəbul etmək istəmir:

"Çünki Ermənistan Kremlin bölgədəki varlığının əsas dayaq nöqtəsidir və buranın da itirilməsi Cənubi Qafqazın qapılarının birdəfəlik olaraq Rusiyanın üzünə bağlanması deməkdir. Rusiya faktiki olaraq Ermənistan üzərindəki təsirini böyük ölçüdə itirib. Baş nazir Nikol Paşinyanın kilsə və Rusiya meyilli fiqurlara qarşı mübarizəsi Moskvanı müxtəlif variantlara əl atmağa sövq edir. Bu kontekstdə Ermənistanda süni böhran yaradılaraq Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmaq cəhdləri ehtimallar sırasındadır. Buna görə də, Kreml Rusiyapərəst mövqeləri ilə önə çıxan Köçəryan-Sarkisyan tandemindən yararlanmağa çalışır. Robert Köçəryanında son vaxtlar fəallığını artırması məhz bu reallıqlardan qaynaqlanır. Burada bir məqam da var ki, sabiq prezidentlərin Ermənistan cəmiyyətində nüfuzları çox aşağı səviyyədədir. Xalq onları korrupsioner kimi tanıyır və etibar etmir. Belə olduğu təqdirdə, bu şəxslərin 2026-cı ildə keçiriləcək parlament seçkilərində konstitusion yolla qalib gəlməsi inandırıcı görünmür. Buna görə də xaos və qeyri-stabil vəziyyət fonunda hakimiyyətə yiyələnmək cəhdləri ola bilər və bu vaxt Gümrüdəki bazanın imkanlarından istifadə edilməsi istisna deyil. Təbii ki, bu proses o qədər də asand deyil və ABŞ, Aİ və Türkiyənin reaksiyası Rusiyanı çəkindirən əsas məqamlardan biridir".

Süleyman
Seçilən
7
1
newscenter.az

2Mənbələr