AZ

Ermənistandan Rusiyaya qarşı demarş: Moskva bu dəfə sərt cavab verəcək

BAKI, 4 avqust. TELEQRAF

Yeni Ermənistan-ABŞ hərbi təlimləri İrəvan-Moskva münasibətlərini tamamilə pozacaq, Moskvanın bu demarşa cavabı sərt olacaq.

Teleqraf xəbər verir ki, bu barədə “Past” qəzeti bildirib.

Ermənistan Müdafiə Nazirliyi bundan əvvəl bəyan edib ki, beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində avqustun 12-dən 20-dək Ermənistanda ABŞ ilə birgə “Qartal Tərəfdaşı-2025” hərbi təlimi keçiriləcək. Təlimdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının hərbçiləri, ABŞ-nin Afrikadakı Milli Qvardiyası və Kanzas quru qoşunları iştirak edəcək.

Erməni nəşri xatırladıb ki, “Qartal Tərəfdaşı” təlimi birinci deyil, ABŞ ilə eyniadlı təlim ötən il də keçirilmişdi:

“Həmin təlim ciddi hay-küy yaratmışdı, təlimin keçirilməsi ilə bağlı Moskva və KTMT üzvlərindən ciddi reaksiyalar verilmişdi və qeyd edilmişdi ki, bir təhlükəsizlik sisteminin üzvü olan Ermənistan başqa düşmən sistemin üzvləri, xüsusilə də ABŞ ilə təlimlər keçirməməlidir.

Təəccüblüdür ki, bu dəfə Moskvadan heç bir tənqidi söz gəlməyib, əlbəttə, olacaq. Ukraynada müharibə aparan Rusiya bu fonda NATO və Qərb dövlətlərinin postsovet ölkələri, xüsusən də strateji tərəfdaşı Ermənistanla hərbi əməkdaşlığına qısqanclıqla yanaşır.

Son nəticədə Ermənistan hansı hərbi-siyasi bloka qoşulmaq istədiyi sualı ilə üzləşəcək. Xatırladaq ki, bir neçə həftə əvvəl Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Ermənistanın böyük ehtimalla KTMT ilə münasibətləri bərpa etməyəcəyini və hərbi-siyasi strukturu tərk edəcəyini bəyan etmişdi.

KTMT-dən çıxacağı təqdirdə Ermənistan da Avrasiya İqtisadi Birliyi və MDB məkanında problemlərlə üzləşəcək. Rusiyanın xəbərdarlıqları artıq diplomatiyadan kənar edilə bilər, ona görə də növbəti hərbi təlim Ermənistan-Rusiya münasibətlərinin tabutuna mismar vuracaq”.

Seçilən
32
teleqraf.com

1Mənbələr